Polis əməkdaşı qəzada öldü

Polis əməkdaşı qəzada öldü
Oxunma sayı: 3421

Bu gün Xaçmazda polis əməkdaşının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə Nabran kəndi ərazisində qeydə alınıb.

Belə ki, Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə xidmətdən kənar vaxtı idarə etdiyi şəxsi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə o, hadisə yerində ölüb.

Araşdırma aparılır.