Polkovnik Şirvanov vaxtından tez azadlığa çıxmaq istəyir

polkovnik-sirvanov-vaxtindan-tez-azadliga-cixmaq-isteyir
Oxunma sayı: 1076

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə məhkum edilmiş polkovnik Mahir Şirvanov vaxtından əvvəl azadlığa çıxmaq istəyir.

“Qafqazinfo”nun məlumatına görə, məhkum 5 illik cəza müddətinin yarıdan çoxunu çəkib deyə, cəzaçəkmə müəssisəsinin müsbət rəyini nəzərə alaraq məhkəməyə müraciət edib.

Yerli məhkəmə M. Şirvanovun ərizəsini düzgün hesab etməyərək geri qaytarıb. Polkovnikin qalan 1 il 2 ay həbs müddətinin davamına qərar verilib.

Qeyd edək ki, 143 milyonluq mənimsəmə ilə bağlı çoxsaylı zabit məhkum edilib.