Polşa Prezidenti Andjey Duda evində baş verən qəza nəticəsində sağ əlindəki barmağının bir hissəsini itirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Polşanın “Onet” portalı məlumat yayıb.
“Kiçik tibbi prosedura ehtiyac var idi”, - Prezident Aparatının mətbuat katibi Voytsex Kolyarski bildirib.
Qeyd edək ki, hadisə oktyabrın əvvəlində baş verib. Belə ki, Andjey Duda Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşdə sağ əlində korsetlə görünüb. Dövlət başçısının başına nə gəldiyi məlum deyildi.