Poltava ballistik raketlərlə atəşə tutuldu - 47 ölü+Yenilənib

poltava-ballistik-raketlerle-atese-tutuldu
Oxunma sayı: 6472

Rusiya qoşunları Ukraynanın Poltava şəhərinə ballistik raketlərlə hücum edib.

“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Ukrayna dövlət başçısının sözlərinə görə, hücum nəticəsində 41 nəfər həlak olub.

Hadisə zamanı daha 180 nəfər xəsarət alıb. 

***

Poltova şəhərinin atəşə tutulması nəticəsində ölənlərin sayı 47-yə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

O bildirib ki, hadisə zamanı xəsarət alanların sayı 206-ya yüksəlib.