Postmüharibə dövründə neçə nəfərin məşğulluğuna dəstək göstərilib?

postmuharibe-dovrunde-nece-neferin-mesgulluguna-destek-gosterilib
Oxunma sayı: 224

Tarixi Zəfər əldə etdiyimiz Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 700 şəxsin məşğulluğuna dəstək göstərib.

“Qafqazinfo” xəbər verir ki, onlardan 13 700 şəxs özünüməşğulluq proqramına cəlb edilərək, Agentlik tərəfindən mal və materiallar formasında aktivlərlə təmin olunub və verilmiş aktivlər hesabına kiçik bizneslərini qurublar.

Digərləri münasib işlərlə təmin edilib, habelə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb ediliblər.. Kursları bitirən şəxslərin məşğulluğunun təminatı həyata keçirilib.