“Prado” ilə “07” toqquşdu - 22 yaşlı sürücü öldü

prado-ile-07-toqqusdu
Oxunma sayı: 3158

Sabunçuda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Kürdəxanı istiqamətində hərəkət edən Mirəli Abbasovun idarə etdiyi “Toyota Prado” Ələsgər Əsgərovun idarə etdiyi “VAZ 2107” markalı avtomilllə toqquşub.

Qəza nəticəsində VAZ-ın 22 yaşlı sürücüsü Ələsgər ölüb, avtomobildə olan iki gənc və digər avtomobilin sürücüsü xəsarət alıb.