Prezident Ağdərə şəhərində də bayrağımızı ucaltdı! - Fotolar + Yenilənib

prezident-agdere-seherinde-de-bayragimizi-ucaltdi
Oxunma sayı: 6638

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

***

Qeyd edək ki, Ağdərə şəhəri 1993-cü il iyunun 27-də işğal olunub. Bu il sentyabrın 20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Ağdərə şəhəri separatçılardan təmizlənib.