Prezident bu ölkələrə yeni səfir təyin etdi - Yenilənib

prezident-bu-olkelere-yeni-sefir-teyin-etdi
Oxunma sayı: 4142

Ramil Əbil oğlu Rzayev Azərbaycanın İndoneziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

***

Prezidentin digər Sərəncamına əsasən, Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycanın Niderlandda yeni səfiri təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Azərbaycanın Niderlandda səfiri olan Rəhman Mustafayev 2024-cü ilin oktyabrında vəzifəsindən geri çağırılaraq, ölkəmizin Rusiyada səfiri təyin olunub.