Prezident milli təhlükəsizlik nazirini işdən çıxardı - Yenilənib

prezident-milli-tehlukesizlik-nazirini-isden-cixardi
Oxunma sayı: 40561

Azərbaycan Prezidenti İlham Əliyev milli təhlükəsizlik nazirinin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncamda deyilir:

“Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin”.

Qeyd edək ki, vəzifəsindən azad olunan nazirin yerinə kimin təyin olunduğu haqda sərəncam hələ ki, açıqlanmayıb. 

General-polkovnik Eldar Mahmudov prezidentin 23 iyul 2004-cü il tarixli sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsinə birbaşa polis orqanlarından təyinat almışdı.

***

Əlavə olaraq bildirək ki, Eldar Mahmudov bir neçə ay əvvəl vəzifəsindən azad olunan Beynəlxalq Bank sədri Cahangir Hacıyevin qudasıdır. Eldar Mahmudovun oğlu ilə Cahangir Hacıyevin qızının toyu 2012-ci ilin noyabrda baş tutub. 

Xatırladaq ki, Cahangir Hacıyev sözügedən bankı müflis olma həddinə çatdırdığına görə postundan azad edilmişdi.