Prezident o toplantıda iştirak etməyəcək

prezident-o-toplantida-istirak-etmeyecek
Oxunma sayı: 10703

Azərbaycan Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin noyabrın 7-də Budapeştdə keçiriləcək Zirvə toplantısında iştirak etməyəcək.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan dövlət başçısının tədbirdə iştirak etməməsinin əsas səbəbi iş qrafikinin gərginliyi ilə bağlıdır. 

Belə ki, Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının noyabrın  5-6-da Bişkekdə keçirilən Zirvə toplantısında iştirak edib. Noyabrın 8-də isə dövlət başçısı Zəfər Günü ilə əlaqədar keçiriləcək tədbirlərə qatılacaq.

Qeyd edək ki, Avropa Siyasi Birliyi (European Political Community, EPC) Avropanın gələcəyi ilə bağlı siyasi və strateji müzakirələr üçün hökumətlərarası forumdur. Prezident İlham Əliyev qurumun 2022-ci ilin oktyabrında Çexiyanın paytaxtı  Praqa şəhərində, 2023-cü ilin iyununda Moldovanın paytaxtı  Kişinyov şəhərində, bu ilin iyulunda Böyük Britaniyanın Oksford şəhərində keçirilmiş Zirvə toplantısında iştirak edib.