Prezident ona general rütbəsi verdi - Foto - Yenilənib

prezident-ona-general-rutbesi-verdi
Oxunma sayı: 5397

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb.

“Qafqazinfo”nun məlumatına görə, Sərəncamla Nihad Ənvər oğlu Şıxəliyevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.

O, 2025-ci ilin iyulundan Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsini tutur.

Daha əvvəl isə Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi olub.

***

Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının yaradılması günü münasibətilə bu gün keçirilən tədbirdə Nihad Şıxəliyevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsini təqdim edib.