Prezident onu təltif etdi

prezident-onu-teltif-etdi
Oxunma sayı: 3836

Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Bildirilib ki, Azərbaycanın diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə H.Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Hüseyn Quliyev 2012-ci ildən bəri Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiridir. Sabah onun 80 yaşı tamam olacaq.