Prezident Sahil Babayevi vəzifəsindən azad etdi

prezident-sahil-babayevi-vezifesinden-azad-etdi
Oxunma sayı: 11280

Sahil Rafiq oğlu Babayev Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, 45 yaşlı S.Babayev 2018-ci ildə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə təyin edilmişdi.