Prezident Vidadi Muradovu işdən çıxartdı

prezident-vidadi-muradovu-isden-cixartdi
Oxunma sayı: 9520

Prezident İlham Əliyev Vidadi Muradovla bağlı sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, Vidadi Muradov “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Qeyd edək ki, V.Muradov bu vəzifəyə 2016-cı ildə təyin edilmişdi. O, ötən gün külli miqdarda mənimsəmə ittihamı ilə həbs edilib.