Prezidentdən Jalə Əliyeva ilə bağlı - Sərəncam

prezidentden-jale-eliyeva-ile-bagli
Oxunma sayı: 2940

Millət vəkili Jalə Fazil qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə J.Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, bu gün deputatın 60 yaşı tamam olur.