Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

prezidentden-ulvi-quliyevle-bagli
Oxunma sayı: 2185

Milli Məclisin deputatı Ülvi Zahid oğlu Quliyev “Şöhrət” ordeni ilə təltif edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Ü.Quliyev “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah millət vəkilinin 60 yaşı tamam olacaq.