“Prezidentin Əhmədlə görüşü idmançılarımız üçün böyük stimul idi”

prezidentin-ehmedle-gorusu-idmancilarimiz-ucun-boyuk-stimul-idi
Oxunma sayı: 530

“Prezident İlham Əliyevin cüdo üzrə dünya çempionatında iştirak etməsi hamımızı sevindirdi”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

O, Bakıda keçirilən cüdo üzrə dünya çempionatında ölkə başçısının iştirakından danışıb: “İlk növbədə Azərbaycan Cüdo Federasiyası olaraq Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Sözsüz ki, dövlət başçısının yarışın ikinci günündə, açılış mərasimində iştirakı və dünya çempionatında komandamıza dəstək verməsi Azərbaycan Cüdo Federasiyası rəhbərliyi üçün qürur mənbəyi oldu.

Cənab Prezident qızıl medal qazanan Əhməd Yusifovla da görüşdü. Bu həmin gündən sonra güləşəcək idmançılarımız üçün böyük stimul idi. Hamımız üçün qürur mənbəyi oldu”.