Prezidentin köməkçisi Azərbaycan-Meksika dostluğundan danışdı

prezidentin-komekcisi-azerbaycan-meksika-dostlugundan-danisdi
Oxunma sayı: 215

Azərbaycan və Meksika arasında beynəlxalq təşkilatlar çərçivəsində yaxın əməkdaşlıq və sıx tərəfdaşlıq üçün böyük imkanlar var.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Meksikanın Azərbaycandakı Səfirliyinin Şuşada bu ölkənin Müstəqillik Günü münasibətilə təşkil etdiyi qəbulda deyib.

“Meksika Latın Amerikası regionunda dinamik sürətlə inkişaf edən, çox ciddi iqtisadi artımlara imza atan və G20-nin aparıcı və fəal dövlətlərindən biridir. Bu xüsusda da ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində yaxın əməkdaşlıq və sıx tərəfdaşlıq üçün böyük imkanlar var”.

Hacıyev deyib ki, WUF13 çərçivəsində Meksika və Azərbaycan arasında əlaqələrin yeni perspektivləri açılıb:

“Hesab edirik ki, ölkələrimiz bu çərçivədə də şəhərsalma gündəliyinin beynəlxalq səviyyədə təşviq edilməsi, bu sahədə olan zəngin təcrübəmizin beynəlxalq ictimaiyyətlə bölüşülməsi baxımından da yaxşı imkanlara malikdirlər. Bu xüsusda da ölkələrimiz arasında yaxın əməkdaşlıq həyata keçirilir”.