Prezident İlham Əliyevin şərəfinə Özbəkistanda verilən ziyafətdə Müslüm Maqomayevin “Mavi əbədiyyət” əsəri səsləndirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Özbəkistanın tanınmış sənətçisi Akilbek Piyazovun repertuarında dahi Azərbaycan bəstəkarı və müğənnisi Müslüm Maqomayevin “Mavi əbədiyyət” (“Синяя вечность”) adlı möhtəşəm əsəri”, - deyə o qeyd edib.
Həmin paylaşımı təqdim edirik:
Özbəkistanın tanınmış sənətçisi Akilbek Piyazovun repertuarında dahi Azərbaycan bəstəkarı və müğənnisi Müslim Maqomayevin “Синяя вечность” adlı möhtəşəm əsəri. pic.twitter.com/LkUv2C8CJ7
Son xəbərlər
Son Xəbərlər