Ölkənin kənd təsərrüfatı texnikası sektorunun aparıcı təchizatçısı olan “Prime Leasing” şirkəti 26 avqust tarixində Zaqatala şəhərində yeni regional filialının rəsmi açılış mərasimini keçirdi.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə dövlət qurumlarının səlahiyyətli nümayəndələri, aqrar sahə üzrə mütəxəssislər, yerli sahibkarlar və regionun dörd bir yanından toplaşan çoxsaylı fermerlər iştirak etdilər.
İtaliyanın qabaqcıl texnika istehsalçısı “Landini” və qlobal sənaye nəhəngi “Zoomlion” traktor brendlərinin Azərbaycandakı rəsmi distribütoru olan “Prime Leasing” açılış münasibətilə müxtəlif seqmentlərə aid traktor və aqreqatları nümayiş etdirdi. Şirkət nümayəndələri tədbir iştirakçılarına fermerlərin işini asanlaşdıracaq güzəştli dövlət subsidiyaları, sərfəli lizinq mexanizmləri, həmçinin orijinal ehtiyat hissələri və yerində servis xidmətləri barədə ətraflı məlumat verdilər.
Rəsmi hissə ilə yanaşı, qonaqlar üçün maraqlı müsabiqələr təşkil olundu. Əyləncəli keçən yarışların yekununda qaliblərə baş mükafat olaraq ən son model iPhone 17 smartfonu, eləcə də digər dəyərli hədiyyələr təqdim edildi.
Yeni filialın fəaliyyətə başlaması Şəki-Zaqatala bölgəsində kənd təsərrüfatının inkişafına, fermerlərin qlobal texnikalara birbaşa çıxışına və regionun aqrar məhsuldarlığının yüksəlməsinə mühüm təkan verəcək.









Son xəbərlər
Son Xəbərlər