Priqojinin olduğu təyyarə qəzaya uğradı - Video+Yenilənib

priqojinin-oldugu-teyyare-qezaya-ugradi
Oxunma sayı: 13837

Rusiyanın Tver vilayətində biznes təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, təyyarədə 7 nəfər olub.

Onlardan üçü dünyasını dəyişib.

Hazırda digər şəxslərin taleyi naməlumdur.

***
 

Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə sərnişinlər arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də var.

Bu barədə Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.

***

Rusiya Fövqəladə Hallar Nazirliyi hadisə ilə bağlı məlumat yayıb.

Bildirilib ki, təyyarədə olan 10 nəfər ölüb.

***

Tver vilayətində təyyarənin qəzaya uğradığı yerdə səkkiz nəfərin cəsədi tapılıb.

Bununla bağlı "RİA Novosti" fövqəladə hallar xidmətindəki mənbəyə istinadən məlumat yayıb.

***

Tver vilayətində qəzaya uğrayan “Embraer” biznes-jetinin sərnişinləri və ekipaj üzvlərinin tam siyahısı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb. 

Sərnişinlər:

Yevgeni Priqojin;

Dmitri Utkin;

Sergey Propustin

Yevgeni Makaryan;

Aleksandr Tomin;

Valeri Çkalov;

Nikolay Matuseyev.

Ekipaj üzvləri:

Komandir Aleksey Levşin (Aleksey Levşin);

İkinci pilot Rüstəm Kərimov; stüardessa Kristina Raspopova.