“Prius” aşdı - 2 yeniyetmə öldü

prius-asdi
Oxunma sayı: 3872

Hacıqabulda yeniyetmələrin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Abdulyan kəndində qeydə alınıb.

“Toyota Pirius” markalı minik avtomobilinin aşması nəticəsində iki yeniyetmə-15 yaşlı Məhəmməd Abışov və 13 yaşlı Əliyar Şirəliyev hadisə yerində ölüb, sürücü və digər sərnişin xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər görüblər.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.