Prokuror Azər Qasımlıya - 13 il həbs istədi

prokuror-azer-qasimliya
Oxunma sayı: 2026

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlının cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror A.Qasımlının 13 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, A.Qasımlı Cinayət Məcəlləsinin 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq həbs edilib.

Sail Ağasəlim