Prokurorluq əməliyyat keçirdi - DSX-nin kapitanı həbs edildi

prokurorluq-emeliyyat-kecirdi
Oxunma sayı: 3136

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ölkəyə dəniz yolu ilə külli miqdarda tütün məmulatları gətirilməsi ilə bağlı cinayət işi başlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Neftçala sahil mühafizəsinin bölmə rəisi və bölmənin nəzarətçisi saxlanılıb.

Prokurorun təqimatı əsasında kapitan Vüsal Sadıqov məhkəmə qərarı ilə həbs edilib, nəzarətçi barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

İş üzrə başqa saxlanılanların da olduğu bildirilib. Hələlik bu barədə rəsmi açıqlama yoxdur.

Sail Ağasəlim