Prospektdəki həmin çuxur təmir edildi - Video - Yenilənib

prospektdeki-hemin-cuxur-temir-edildi
Oxunma sayı: 2062

İntensiv yağışlardan sonra paytaxtın küçə və prospektlərinin asfalt örtüyündə yaranan çuxur və çökmələr sürücülərə problem yaratmaqdadır.

“Qafqazinfo”ya müraciət edən sürücü bildirib ki, təhlükəli çuxurlardan biri də Heydər Əliyev prospektinin köməkçi yolunda – Bağırov körpüsünün alt hissəsində yaranıb.

Onun sözlərinə görə, çuxura düşən avtomobillərin bəzilərinin təkəri partlayır. Öz maşınının da təkərinin partladığını deyən şikayətçi aidiyyəti qurumları problemi həll etməyə çağırıb.

***

Məsələ ilə bağlı AAYDA-dan bildirilib ki, qurumun əməkdaşları qeyd edilən ünvandakı çuxuru təmir ediblər.

Həmin görüntüləri təqdim edirik: