Aktrisa Oksana Rəsulova psixoloq Ceyran Muradovanın azyaşlı uşağa zorakılıq göstərdiyi iddia edilən görüntülər paylaşıb.
“Qafqazinfo” xəbər verir ki, o, paylaşımı ilə polisə müraciət edib.
“Bir vətəndaş kimi sizdən xahiş edirəm, bu məsələni araşdırıb düzgün nəticə əldə edəsiniz”, - deyə Oksana Rəsulova bildirib.
***
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, bununla bağlı Şirvan ŞPŞ-yə müraciət daxil olub və müvafiq araşdırmalar aparılır.
Məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlər görülür.
Son xəbərlər
Son Xəbərlər