PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

ptx-nin-reisi-teyin-olunan-ferid-esgerov-kimdir
Oxunma sayı: 103326

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinə yeni rəis təyin olunub.

“Qafqazinfo”nun məlumatına görə, mühüm vəzifə polkovnik Fərid Əsgərova həvalə edilib.

O, bu vəzifədə bir müddət əvvəl müavini təyin olunduğu general-polkovnik Bəylər Eyyubovu əvəzləyib.

Məlumat üçün bildirək ki, Fərid Əsgərov daha öncə Azərbaycan Karate Federasiyasının vitse-prezidenti olub. Əsgərov bu vəzifəyə 2017-ci ilin dekabrında seçilib.

Bu ilin fevralında isə PTX-nin rəis müavini təyin edilib.