Pul cəriməsini ləğv edib cəzaları ağırlaşdırdı

pul-cerimesini-legv-edib-cezalari-agirlasdirdi
Oxunma sayı: 447

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo komanda daxilində nizam-intizamı artırmaq üçün futbolçulara yeni və daha sərt qaydalar tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Nəşr yazır ki, portuqaliyalı mütəxəssis gecikmələrə görə əvvəllər tətbiq olunan pul cərimələrindən imtina etmək qərarına gəlib:

“Əvvəllər məşqə gecikən futbolçular 100-300 avro məbləğində cərimələnirdilər. Mourinyo bu növ cərimələri effektsiz hesab edərək daha ciddi cəza üsulu seçib: bundan sonra məşqə gecikən oyunçu ümumi komanda hazırlığına buraxılmayacaq, idman zalında təkbaşına çalışacaq və komandanın növbəti matçını buraxacaq”.

Bundan əlavə, baş məşqçi zədəli futbolçuların bərpa prosesinə qoyulan tələbləri də sərtləşdirib. Reabilitasiya mərhələsi istisnasız olaraq yalnız “Real”ın Valdebebasda yerləşən bazasında həyata keçirilməlidir.

Məlumatda o da qeyd olunub ki, məşqçilər korpusu, həmçinin futbolçuların qida rasionuna nəzarəti gücləndirib. İndi oyunçular klubun dietoloqları tərəfindən hazırlanan xüsusi qidalanma təlimatlarına dəqiqliklə əməl etməyə borcludurlar.