Pula görə Quranı yandırmışdı, həbs edildi

pula-gore-qurani-yandirmisdi-hebs-edildi
Oxunma sayı: 3600

Rusiyanın Volqoqrad şəhərində məsciddə Qurani- Kərimi yandırmaqda ittiham edilən Nikita Juravelə hökm oxunub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Qroznı şəhərinin Visaitovski Rayon Məhkəməsinin qərarı ilə o, 3,5 il müddətinə azadlıqdan məhrum edilib.

N. Juravel cəzasını ümumi rejimli koloniyada çəkəcək.

Xatırladaq ki, o, 2023-cü ilin mayında məscidin fonunda Quranı yandırdığına görə saxlanılmışdı. Dindirilmə zamanı bunu Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə pula görə törətdiyini iddia etmişdi.