“Expressbank” yenilənən bankçılıq xidmətləri ilə işinizi rahatlaşdırmağa davam edir.
“Qafqazinfo” xəbər verir ki, “Expressbank” “Extra” rəqəmsal depozit məhsulunu müştərilərinin istifadəsinə verib.
Belə ki, indi “Expressbank”ın cari müştəriləri “Express24” tətbiqi üzərindən minimum 50 AZN-dən başlayaraq depozit yerləşdirməklə 24 ayadək müddətdə 10,5 %-dən gəlir əldə edə bilərlər.
Həmçinin depozit müqaviləsini SİMA İmza ilə rəsmiləşdirərək prosesləri banka gəlmədən tamamlamaq mümkündür.
Yerləşdirilən depozitlər üzrə faizlər müştərinin istəyindən asılı olaraq müddətin sonunda və ya aylar üzrə götürülə bilər.
Qeyd edək ki, yerləşdirilən bütün depozitlər Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq sığortalanır.
“Extra” haqqında “extra” məlumat üçün keçid edin!
Qeyd edək ki, 2025-ci ildə “Fitch” beynəlxalq reytinq agentliyi “Expressbank” ASC-nin uzunmüddətli reytinqini “B+” səviyyəsində “Sabit” proqnozla təsdiqləyib.
“Expressbank” Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın “İnstagram”, “Facebook”, “LinkedIN” və “Telegram” sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
Son xəbərlər
Son Xəbərlər