Puqaçova Rusiyadakı əmlakını satmaq istəyir

puqacova-rusiyadaki-emlakini-satmaq-isteyir
Oxunma sayı: 1281

“Bir neçə ildir ki, ailəsi ilə Rusiyanı tərk edən SSRİ Xalq artisti Alla Puqaçova uzun müddətdir, ölkədə qalan əmlakı ilə bağlı nə edəcəyini düşünür”.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə yerli mediaya rusiyalı prodüser Sergey Dvortsov danışıb.

“Eşitdiyimə görə, Puqaçova və həyat yoldaşı Maksim Qalkin ciddi maliyyə problemləri səbəbindən Rusiyada olan əmlaklarını ölkədən çıxarmaq istəyirlər”, - deyə Dvortsov bildirib.

Onun sözlərinə görə, Maksim Qalkinin xarici ölkədə mütəmadi qaydada konsertlərinin olması gözlənilmir.

O, cütlüyün Moskvada üç mənzilinin olduğunu xatırladıb.

Rusiyalı prodüser, həmçinin qeyd edib ki, Puqaçova övladlarına və nəvələrinə miras qoymağı vəd etdiyi əmlakı, eləcə də brilyant kolleksiyasını da satmağı planlaşdırır.

Xatırladaq ki, cütlük Rusiya-Ukrayna müharibəsinin başladığı ilk günlərdə İsrailə köçüb. İsrail-HƏMAS müharibəsi başladığı vaxtda isə Kiprə gedib.