Putin Ermənistanın Aİ-yə üzv olmaq istəyindən danışdı

putin-ermenistanin-ai-ye-uzv-olmaq-isteyinden-danisdi
Oxunma sayı: 974

Rusiya Prezidenti Vladimir Putin ölkəsi ilə erməni xalqı arasındakı əlaqələrin əsrlər boyu formalaşdığını və xüsusi xarakter daşıdığını bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya lideri jurnalistlərə müsahibəsində bildirib.

Putinin çıxışında diqqətçəkən əsas məqamlardan biri Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaq niyyəti ilə bağlı olub.

Rusiya dövlət başçısı bu məsələnin diqqətlə və ayrıca nəzərdən keçirilməli olduğunu qeyd edib. O, bu mövzunu Ermənistanın Baş naziri Nikol Paşinyanla dəfələrlə müzakirə etdiyini və Rusiyanın erməni xalqının maraqlarına uyğun olan hər bir qərarı dəstəkləyəcəyini bildirib.

Həmçinin Putin Ermənistanın Aİ-yə qoşulması məsələsinin 28-29 may tarixlərində Astanada keçirilməsi planlaşdırılan Avrasiya İqtisadi İttifaqının sammitində də müzakirə oluna biləcəyini ehtimal edib.

Xatırladaq ki, bir müddət əvvəl N. Paşinyan Moskvada keçirilən Qələbə paradında iştirak etməməsinin səbəblərini açıqlamışdı.