“Putin görüşmək istəmədiyinə görə məni Moskvaya dəvət edib”

putin-gorusmek-istemediyine-gore-meni-moskvaya-devet-edib
Oxunma sayı: 1673

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin Moskvada danışıqlar aparmaq dəvəti haqda danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə sentyabrın 4-də Parisdə “könüllülər koalisiyası”nın iclasından sonra açıqlama verib.

“Amerikalı tərəfdaşlar dedi ki, Putin məni Moskvaya dəvət edib. O, görüşmək istəmədiyinə görə məni oraya dəvət edib”, - Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya hərbi münaqişəyə son qoymaq üçün heç bir istək göstərmir.