Putin Papanın dəfninə gedəcək?

putin-papanin-defnine-gedecek
Oxunma sayı: 2623

“Rusiya Prezidenti Vladimir Putin Roma Papası Fransiskin dəfninə yollanmağı planlaşdırmır”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Rusiyadan Papanın dəfninə kimin gedəcəyi ilə bağlı hələ qərar verilməyib: “Qərar olduqda, bu barədə məlumat veriləcək”.

Xatırladaq ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib. O, aprelin 26-da dəfn olunacaq.