Putin Paşinyanla nə danışdı?

putin-pasinyanla-ne-danisdi
Oxunma sayı: 713

Ermənistan Baş naziri Nikol Paşinyan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

“Qafqazinfo” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər Ermənistan-Rusiya münasibətlərinin gündəliyi, xüsusilə ikitərəfli iqtisadi əlaqələrdə yaranmış problemlər ətrafında fikir mübadiləsi aparıblar.

Baş nazir Paşinyan vurğulayıb ki, Ermənistan mənşəli malların Rusiya bazarına ixracına qoyulan məhdudiyyətlər Ermənistan-Rusiya hüquqi çərçivəsinə və Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına ziddir. O, bu problemlərin tənzimlənməsi üçün tədbirlər görülməsini xahiş edib.

Ermənistanda Avropa İttifaqına (Aİ) üzvlük məsələsi üzrə referendumun keçirilməsinə gəlincə, Paşinyan qeyd edib ki, referendumun keçirilməsi praktiki olaraq yalnız Ermənistan tərəfindən Aİ-yə üzvlük üçün rəsmi müraciət edildikdən və mövzu konkretləşdikdən sonra mümkündür.

Açıqlamada həmçinin bildirilir ki, Paşinyan sözügedən məsələləri açıq, tərəfdaşlıq və dostluq dialoqu vasitəsilə həll etməyə hazır olduğunu vurğulayıb.