Putin Pezeşkianla Suriyanı müzakirə etdi

putin-pezeskianla-suriyani-muzakire-etdi
Oxunma sayı: 1287

Rusiya və İran Prezidentləri Vladimir Putinlə Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb. 

Liderlər söhbət zamanı əsas olaraq Suriyadakı vəziyyəti müzakirə ediblər. 

Bununla yanaşı, müxtəlif sahələrdə İranla Rusiya əməkdaşlığının inkişafına dair aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.