Hindistan Prezidenti Draupadi Murmu Rusiyanın dövlət başçısı Vladimir Putinə rəsmi səfəri zamanı zəngin və tam vegetarian şam yeməyi təşkil edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Putinə təqdim olunan menyuda morinqa yarpaqları və maş lobyasından hazırlanmış bulyon, qoz çatnisi ilə doldurulmuş morel göbələkləri, nanə souslu qara noxud kababı və buxarda bişirilmiş tərəvəzli köftələr yer alıb.
Əsas yemək kimi zəfəran sousunda paneer rulon, ədviyyatlı xardal sousunda fenugreek və noxud, təndirdə bişmiş doldurulmuş kartof və mini badımcanlarla təqdim olunub.
Qarnirlər sırasında zəfəranla qaynadılmış basmati düyü və lobya yeməkləri olub.
Desert kimi qoz-fındıqlı badam halvası və zəfəranlı hind dondurması təqdim edilib. İçkilər sırasında isə nar, portağal və kök-zəncəfil şirələri yer alıb.
Qeyd edək ki, Rusiya Prezidenti dekabrın 4-də Hindistana iki günlük dövlət səfərinə gəlib.
Son xəbərlər
Son Xəbərlər