Putinin səfir təyinatı ilə razılaşmadı, bu vəzifəyə gətirildi

putinin-sefir-teyinati-ile-razilasmadi-bu-vezifeye-getirildi
Oxunma sayı: 11706

Rusiya Prezidenti Vladimir Putin Nataliya Poklonskayanı Kabo-Verdedəki səfir vəzifəsindən azad edərək Müstəqil Dövlətlər Birliyi məsələləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin (Rossotrudniçestvo) rəhbərinin müavini təyin edib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, sözügedən vəzifəyə təyin olunmasına münasibət bildirən Poklonskaya üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün əlindən gələn hər şeyi edəcəyini vurğulayıb.

Poklonskyanın Rusiyanın Kabo-Verdedəki səfiri təyin olunması barədə məlumat ötən ilin yay ayında məlum olub. O, yanvar ayında bildirib ki, şəxsi məsələlər səbəbindən bu vəzifəyə gəlməyəcək. Burada söhbətin hansı məsələlərdən getdiyi isə açıqlanmayıb.

Qeyd edək ki, Nataliya Poklonskaya 2014-cü ildən Krımın prokuroru vəzifəsində çalışıb, 2016-cı ildən 2021-ci ilə qədər isə Dövlət Dumasının deputatı olub. Bununla belə, o, keçən il namizədliyini irəli sürməkdən imtina edib.