“Putinin taktiki nüvə silahı ilə bağlı açıqlaması qorxduğunu göstərir”

putinin-taktiki-nuve-silahi-ile-bagli-aciqlamasi-qorxdugunu-gosterir
Oxunma sayı: 1773

“Belarusda taktiki nüvə silahları ilə bağlı bəyanat verərkən Putin qorxduğunu, uduzduğunu və ancaq taktika ilə qorxutmaq məcburiyyətində olduğunu etiraf edir”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak bildirib.

Podolyak həmçinin əlavə edib ki, bundan başqa, Rusiya lideri öz hərəkətləri ilə Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozur.