“Qadın müğənnilər səhnəyə alt paltarında çıxmasın” - Qalmaqal

qadin-mugenniler-sehneye-alt-paltarinda-cixmasin
Oxunma sayı: 6503

Türkiyəli müğənni İzzet Yıldızhan həmkarları - Hadise, Hande Yener və Gülşeni tənqid edib.

“Qafqazinfo” “Hurriyet”ə istinadən xəbər verir ki, o, qadın həmkarlarını konsertlərdə səhnəyə çıxdıqları geyimlərinə görə qınayıb:

“Hər sənətçinin yaşam tərzi var, hörmət edirəm, amma bilmək lazımdır ki, bura Türkiyədir. Hər kəs bu topluma görə yaşamalıdır. Zəhmət olmasa, səhnəyə alt paltarında çıxmasınlar. Mən demirəm ki, niqabda çıxsın. Amma səhnə ədəbi deyilən bir şey var. Mən ekranlarda belə şeylər görmək istəmirəm. Biz nisbətən də olsa adətlərimizə diqqət edirik”.

Hande Yenerin cavabı özünü çox gözlətməyib: “Ölkədə biabır olanlar at oynadır, dəfələrlə cəhd etsələr də bir şey ola bilməyənlər... Ən çox da bunlara gülürəm. B12 istifadə edin, quqlda keçmişinizi sildirin. Özünüz üçün bir şey edin, kostyum avtoritetləri”.

İzzet Yıldızhan