“Qalatasaray” 12 il öncə də bunu etmişdi... - Video

qalatasaray-12-il-once-de-bunu-etmisdi
Oxunma sayı: 968

“Qalatasaray”ın ötən gecə UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Yuventus”u mübarizədən kənarlaşdırmaqla diqqətləri üzərinə çəkdi.

“Qafqazinfo” xəbər verir ki, ilk matçda 5:2 hesablı qalibiyyət əldə edən İstanbul təmsilçisi səfərdə 0:3 geri düşməsinə baxmayaraq əlavə vaxtda 2 top vuraraq mərhələni adlaya bildi. 

Bu isə “Qalatasaray”ın 12 il öncə - 2013/2014-cü illər mövsümündə İtaliya klubunu mübarizədən kənarlaşdırdığı matçı yada salıb. 

2013-cü il dekabrın 9-da baş tutmalı olan qarşılaşma İstanbulda yağan güclü qar səbəbilə təxirə salınır. Qarşılaşma bir gün sonra keçirilir. 

Həmin oyuna qədər aktivində 4 xal olan “Qalatasaray” üçün 1/8 finala çıxması üçün qələbə vacib idi. Digər istəniilən nəticə isə 6 xalla ikinci pillədə olan “Yuventus”u növbəti mərhələyə daşıyacaqdı. 

Dekabrın 10-da qarşılaşma qaldığı yerdən davam edir. 85-ci dəqiqədə Snyderin vurduğu qolla “Yuventus” qalibiyyətə sevinir. Bununla da xallarını 7-yə çatdıran Türkiyə təmsilçisi qrupda “Real”dan sonra ikinci pilləni tutur. 

1/8 finalda isə onlar “Çelsi”yə uduzaraq mübarizəni dayandırırlar.