“Qalatasaray” azarkeşləri Zubiri istəyir - Fotolar

qalatasaray-azarkesleri-zubiri-isteyir
Oxunma sayı: 3346

Ötən gün keçirilən “Qarabağ” – “Qalatasaray” (1:2) xeyriyyə matçından sonra türkiyəli azarkeşlər Azərbaycan təmsilçisinin üzvü Abdulla Zubiri komandalarında görmək istəyir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı İstanbul klubunun tərəfdarları instaqramda paylaşımlar ediblər, şərhlər yazıblar.

Klubun rəsmi səhifəsinin etdiyi paylaşımlara gələn şərhlərin əksəriyyətində “Cim-Bom” rəhbərliyindən Zubirin transfer edilməsi istənilib. Hətta onlar fransalı yarımmüdafiəçinin qarşılığında öz futbolçularını da Ağdam klubuna təklif ediblər.

Həmçinin oxuyun: На повестке дня вновь оказался жест президента 8-летней давности в адрес армянского спортсмена - Видео