UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə bu gün start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, ilk oyun günü 4 qarşılaşma keçiriləcək.
Türkiyə təmsilçisi “Qalatasaray” İngiltərə “Liverpul”unu qəbul edəcək.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi
21:45. “Qalatasaray” (Türkiyə) – “Liverpul” (İngiltərə)
***
Komandaların start heyətləri bəlli olub:
“Qalatasaray”: Uğurcan Çakır, Sinqo, Sançes, Əbdülkərim, Yakobs, Lemina, Torreyra, Sara, Barış Alper Yılmaz, Noa Lanq, Osimhen.
“Liverpul”: Mamardaşvili, Qomes, Konate, Van Dayk, Kerkez, Qravenberx, Mak Allister, Soboslai, Salah, Virts, Ekitike.
***
Matç başladı.
***
Mario Lemina 7-ci dəqiqədə hesabı açır.
***
Fasilə.
***
İkinci hissə başladı.
***
Osimhen 62-ci dəqiqədə fərqlənsə də, qol oyundakənar vəziyyətə görə qeydə alınmır.
***
71-ci dəqiqədə “Liverpul”un oyunçusu İbrahima Konatenin vurduğu qol da qeydə alınmadı.
***
Matç başa çatdı. İstanbul təmsilçisi minimal hesabla (1:0) rəqibini məğlub edir. Tərəflər arasındakı cavab oyunu isə martın 19-da baş tutacaq.
Son xəbərlər
Son Xəbərlər