“Qalatasaray”dan yeni transfer

qalatasaraydan-yeni-transfer
Oxunma sayı: 534

“Qalatasaray” növbəti transferini reallaşdırıb.

“Qafqazinfo” xəbər verir ki, İstanbul təmsilçisi El-Şaday Bitşiabunun keçidini açıqlayıb. 

21 yaşlı müdafiəçi müqavilə ilə məxsus olduğu “Leyptsiq”dən (Almaniya) icarəyə götürülüb. Fransalı futbolçu artıq İstanbuldadır.

“Sarı-qırmızılar” mövsümün sonunda futbolçunu birdəfəlik transfer etmək hüququna da malikdir.

Qeyd edək ki, El-Şaday Bitşiabu PSJ-nin yetirməsidir. O, 2023-cü ildə Paris klubundan “Leyptsiq”ə keçib.