Qalmaqallı kollec direktoru işdən çıxarıldı

qalmaqalli-kollec-direktoru-isden-cixarildi
Oxunma sayı: 2438

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru işdən çıxarılıb.

“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev Əmr imzalayıb.

Əmrə əsasən, Regional Kollecin direktoru Xudiyeva Xoşqədəm Vidadi qızı vəzifəsindən azad edilib.

X.Xudiyeva sözügedən vəzifəyə ötən ilin yanvarında təyin olunmuşdu. Onunla eyni vaxtda Regional Kollecin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilən Quliyev Aslan Ələddin oğlu da işdən çıxarılıb.

Kollecin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq Nigar Səfxanovaya həvalə olunub. O bu təyinata qədər 2026-cı ilin yanvarından Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsini icra edib.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin müəllimləri əmək müqavilələrində dəyişiklik olunduğunu iddia edərək rəhbərliyə narazılıq etmişdilər.

Yunis Quliyev