Qanlı Ay - Fotolarda

qanli-ay
Oxunma sayı: 972

Qanlı Ay tutulması müşahidə edilib.

“Qafqazinfo” xəbər verir ki, bu, 2026-cı ilin ilk və yeganə tam ay tutulması olub.

Bu hadisə zamanı, adətən, mirvari rəngdə olan Ay qırmızı rəng alır.

Tam Ay tutulması Yer kürəsi Günəş və Ay arasından keçdikdə baş verir. Günəş işığı Yer atmosferindən keçərək, Ay səthinə gün batımının çalarlarını xatırladan qırmızı rəng verir. Builki tutulma ən yaxşı Şimali Amerika, Avstraliya, Yeni Zelandiya və Şərqi Asiyada müşahidə edilib.

Tutulmanı izləyə bilənlər üçün Ayın tamamilə Yerin kölgəsində olduğu dövr təxminən bir saat davam edib. Növbəti tam ay tutulması 2028-ci ilin Yeni il gecəsinə qədər olmayacaq, lakin 12 avqustda tam Günəş tutulması müşahidə ediləcək.

Fotoqraflar dünyanın müxtəlif ölkələrindən tutulmanı əks etdirən gözəl anları kameralarının yaddaşına köçürüblər.