Qanq 175 illik “Şiva”nı uddu - Video

qanq-175-illik-sivani-uddu
Oxunma sayı: 654

Hindistanın Qərbi Benqaliya ərazisində Qanq çayının daşması nəticəsində 175 illik qədim Şiva məbədi uçaraq sulara qərq olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times of India” nəşri məlumat yayıb.

Hadisə yerli sakinlərin gözü qarşısında baş verib. Ötən ildən qəzalı vəziyyətdə olan tarixi tikili suyun kəskin qalxmasına tab gətirməyib.

Fəlakətlə əlaqədar 2 minə yaxın sakin ərazidən təxliyə olunaraq məktəblərdə yerləşdirilib.