Qapını döydülər, cavab gəlmədi - Xilasedicilər çağırıldı - Video

qapini-doyduler-cavab-gelmedi
Oxunma sayı: 496

Paytaxtın Nəsimi rayonu ərazisində beşmərtəbəli binanın üçüncü mərtəbəsindəki mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış yeniyetmə xilasedicilərin köməyilə xilas edilib.

“Qafqazinfo”nun məlumatına görə, 2008-cü il təvəllüdlü K.Rüstəmovun yaxınları onun yaşadığı mənzilin qapısını dəfələrlə döysələr də, cavab verən olmayıb.

Əlacsız qalan yaxınları Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə müraciət etmək məcburiyyətində qalıblar.

Dərhal hadisə yerinə cəlb olunan FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri alpinist ləvazimatlarından istifadə edərək beşmərtəbəli binanın üçüncü mərtəbəsindəki mənzilə pəncərədən daxil olublar. Xilasedicilər yeniyetməni yatmış vəziyyətdə aşkar ediblər.