Qara dənizdə Rumıniyanın ərazi sularından kənarda taxıl daşıyan yük gəmisində yanğın baş verib.
“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, hadisə Türkiyə bayrağı altında üzən “Royad Mammadov” adlı gəmidə qeydə alınıb.
İlkin məlumata görə, gəmi dron hücumuna məruz qaldıqdan sonra yanıb.
İnsident zamanı 2 nəfər həlak olub, daha 11 nəfər isə yaralanıb.
Bununla belə, Rumıniya rəhbərliyi gəminin dron hücumuna məruz qalmasını rəsmi olaraq təsdiq etməyib.
***
“BakuPost”un məlumatına görə, gəminin heyəti ümumilikdə 13 nəfərdən ibarət olub. Onlardan 11-i Azərbaycan, 2-si isə Hindistan vətəndaşıdır.
Məlumata görə, gəmiyə iki PUA ilə hücum edilib. Dronlardan biri gəminin kapitan körpüsünə - idarəetmə məntəqəsinə, digəri isə mətbəx hissəsinə zərbə endirib.
Hücum nəticəsində gəminin kapitanı və aşpazı həlak olub. Kapitanın adının Rüstəm olduğu bildirilir.
Hadisə zamanı xəsarət alan heyət üzvlərindən 8-i hazırda xəstəxanada müalicə olunur. Digər heyət üzvləri isə ilkin tibbi müayinədən sonra xəstəxanadan buraxılıblar.
Son xəbərlər
Son Xəbərlər