“Qarabağ” İngiltərəyə yollandı - Fotolar+Video

qarabag-ingiltereye-yollandi
Oxunma sayı: 767

“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində İngiltərənin “Nyukasl” komandası ilə keçiriləcək cavab qarşılaşması üçün bu gün Böyük Britaniyaya yola düşüb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Ağdam təmsilçisi sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd edək ki, “Nyukasl” – “Qarabağ” oyunu fevralın 24-dən 25-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən ilk görüşdə İngiltərə klubu 6:1 hesablı darmadağınla qalib gəlib.